Bizimlə əlaqə saxlayın

Telman İsmayılov yenə uduzdu

İNSANLAR

Telman İsmayılov yenə uduzdu

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.

Moneta.az xəbər verir ki, “Asya İnşaat A.Ş.”, “Güçlü İnşaat Ltd” və “Ekodizayn İnşaat Peyzaj Ltd” şirkətləri T. İsmayılovun Antalyada inşa etdirdiyi “Mardan Palace” otelinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaya əsasən, sifarişçi otelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği ödəməyib. Ümumilikdə, otel 3 şirkətə 13 mln. lirədən artıq vəsait ödənilməlidir.

Şirkətlər məhkəməyə ilk dəfə 2009-cu ildə müraciət ediblər. Otelin hüquqşünasları isə iddia edir ki, qeyd edilən məbləğ xeyli şişirdilib.

Sonuncu məhkəmə prosesində hakim otel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə “Mardan Palace” şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə ödəməlidir.

* (Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən) 1 lirə = 0,4967 manat

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Davam edin

+ İNSANLAR

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı