Bizimlə əlaqə saxlayın

Trampın şirkəti Bakının ardınca Batumidəki layihəsinə də xitam verib

ƏMLAK BAZARI & TİKİNTİ

Trampın şirkəti Bakının ardınca Batumidəki layihəsinə də xitam verib

Gürcüstanın Batumi şəhərində reallaşdırılan “Trump Tower” layihəsinin icrası dayandırılıb.

Bu barədə “Trump Organization” və Gürcüstanın investisiya şirkəti olan “Silk Road Group”un birgə bəyanatında deyilir.

47 mərtəbəli göydələnin tikintisi barədə razılaşma 2012-ci ildə imzalanıb.

Bundan öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın opponentləri dəfələrlə bəyan ediblər ki, xarici ölkələrdə biznes maraqları ölkə başçısının xarici siyasətinə təsir edəcək. “Bloomberg” isə qeyd edir ki, Gürcüstandakı biznes layihəsinə xitam verməklə D. Tramp bütün iddialara cavab verib.

“Bloomberg” onu da xatırladır ki, ötən ay “Trump Organization” Azərbaycan və Braziliyadakı layihələrinin icrasına xitam verib.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Davam edin

+ ƏMLAK BAZARI & TİKİNTİ

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı