Bizimlə əlaqə saxlayın

Kreditini tam bağlayıb, amma bank vətəndaşa əlavə borc yazıb

KREDİT

Kreditini tam bağlayıb, amma bank vətəndaşa əlavə borc yazıb

Beş ay əvvəl bağlanan kredit kartına görə borc gəlib. 

Lənkəran sakini Ravin Əliyev 2013-cü ildə bankdan 2000 dollar kredit götürüb və 1 il ərzində ödəməni tam bitirib. Ödəmələri vaxtlı-vaxtında həyata keçirdiyi üçün ona bankdan 300 manat məbləğində kredit kartı verilib. Ravin Əliyev kartdan istifadə edib və götürdüyü məbləği də faizi ilə geri ödəyib.

Ötən ilin avqust ayında Ravin Əliyev banka dəvət edilib və bildirilib ki, kredit kartının vaxtı bitdiyi üçün borc bağlanmalıdır. O da deyilən məbləği ödəyərək kartı bağlatdırıb. Bununla bağlı bankda sənədləşmə də aparılıb.

Lakin ötən gün ona 347 manat borcu olması barədə məhkəmə bildirişi gəlib.

Hüquqşünas Anar Ramazanov deyir ki, Ravin Əəliyev əlindəki sənədlər və ödəniş qəbzləri ilə birgə banka müraciət edərək borcu bağlatdıra bilər.

Anar Ramazanov məsləhət görür ki, vətəndaşlar krediti bağladıqdan sonra 3 il ərzində ödəniş qəbzlərini özlərində saxlasınlar.

Bu çıxarışları paytaxtdakı və bölgələrdəki “ASAN Xidmət” mərkəzlərindən də əldə etmək mümkündür/xezerxeber.az

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Davam edin

+ KREDİT

Moneta.az saytında vakansiyanı necə yerləşdirə bilərəm?

Moneta.az saytında vakansiya yerləşdirmək üçün vakansiya haqqında məlumatları vacancy@moneta.az email ünvanına göndərə bilərsiniz

SON VAKANSİYALAR

Mühasib – Metak

Moneta.az 28 Fevral 2017

Hostess – Restoran

Moneta.az 26 Fevral 2017

Qabyuyan (xanım) – Restoran

Moneta.az 26 Fevral 2017

Help Desk – Altes Group

Moneta.az 23 Fevral 2017
Yuxarı