Connect with us

Moneta.az

“Azər-Türk Bank” gücləndirilmiş iş rejimində çalışır

BANKLAR

“Azər-Türk Bank” gücləndirilmiş iş rejimində çalışır

“Azər-Türk Bank” ASC-nin Bakı şəhərində və respublikanın regionlarında yerləşən xidmət ofisləri bu gün gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.

Müştərilər saat 09:30-dan saat 17:00-a qədər Bankın şöbə və filiallarına müraciət etməklə çoxsaylı bank əməliyyatlarını həyata keçirə bilərlər. Bankın “ASAN Xidmət” mərkəzlərində yerləşən Masallı filialı, Qəbələ şöbəsi və 1 saylı şöbəsi istisnadır.

Məlumatda deyilir ki, göstərilən xidmətlərə fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökumət ödəniş portalı üzrə əməliyatların aparılması və digər bank əməliyyatları daxildir. Müştərilər həmçinin “Azər-Türk Bank”ın müxtəlif növ ödəniş kartlarını da sifariş verə bilərlər.

Xatırladaq ki, “Azər-Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Yuxarı