Bizimlə əlaqə saxlayın

Sentyabr-oktyabr aylarında bankların kredit portfeli 2%-dən çox azalıb

BANKLAR

Sentyabr-oktyabr aylarında bankların kredit portfeli 2%-dən çox azalıb

Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 2016-cı ilin dekabr ayının 1-nə 15 771,1 mln. manat təşkil edib. 

Moneta.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, oktyabrla müqayisədə noyabrda bankların kredit portfeli 456,8 mln. manat və ya 2,98% artıb.

Amma bu ilin sentyabrı ilə müqayisədə noyabrda kredit portfeli üzrə 381,4 mln. manat və ya 2,42% azalma qeydə alınıb.

Qeyd edək ki, sentyabrda bankların kredit portfeli 16 mlrd. 152,5 mln. manat, oktyabrda 15 mlrd. 314,3 mln. manat, noyabrda isə 15 mlrd. 771,1 mlrd. manat təşkil edib.

Davam edin

+ BANKLAR

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı