Connect with us

2 ay ərzində bağlanan 13 bank filialı və işsiz qalan 482 nəfər …

STATİSTİKA

2 ay ərzində bağlanan 13 bank filialı və işsiz qalan 482 nəfər …

Bu ilin 2 ayı ərzində banklara məxsus 13 filial bağlanıb. Belə ki, əgər sentyabrda bankların filiallarının sayı 581 olubsa, noyabrda bu göstərici 568-ə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər sentyabrda 126 bank şöbəsi fəaliyyət göstəribsə, noyabrda şöbələrin sayı 129-a yüksəlib.

Hesabat dövründə bankomatların sayında da azalma qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 98 ədəd azalaraq 2454-ə düşüb.

Həmçinin, bu ilin 2 ayı ərzində ixtisar olunan bank əməkdaşlarının sayı açıqlanıb.

Sentyabr ayından dekabrın 1-dək 482 bank əməkdaşı işdən ayrılmaq məcburiyyətində qalıb. Belə ki, əgər sentyabrda bank sektorunda çalışan işçilərin sayı 17 490 nəfər idisə, oktyabrda bu göstərici 17 030 nəfər, noyabrda isə 17 008 nəfər təşkil edib.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Yuxarı