Bizimlə əlaqə saxlayın

Turizm və Menecment Universitetinə yeni prorektor təyin olundu

TƏHSİL

Turizm və Menecment Universitetinə yeni prorektor təyin olundu

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş İnkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İ.Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyibr Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub.

İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Davam edin

+ TƏHSİL

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı