Bizimlə əlaqə saxlayın

Sumqayıtdakı zavodda etiraz edən işçilər Dövlət Neft Şirkətinin əməkdaşları deyil – SOCAR

ŞİRKƏTLƏR

Sumqayıtdakı zavodda etiraz edən işçilər Dövlət Neft Şirkətinin əməkdaşları deyil – SOCAR

Bu səhər saatlarında Sumqayıtda, Karbamid zavodunun ərazisində əmək haqqlarının gecikməsinə görə etiraz edən işçilər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri deyil. Həmin işçilər Cənubi Koreyanın “Samsung Engineering Co. Ltd.” şirkətinin podratçılarından birinin işçiləridir.

Bu barədə SOCAR-dan bildirilib.

Bildirilib ki, SOCAR öz öhdəliklərini çoxdan yerinə yetirib: “Bizə bildirilib ki, artıq işçilərin noyabr ayı və dekabr ayı üçün əmək haqqları tam ödənilib”.

Qeyd edək ki, etiraz edən işçilər “Atilla” şirkətinin əməkdaşlarıdır. Hadisəyə yaxın şəxsin bildirdiyinə görə, dünən işçilərə noyabr və dekabr ayı üçün əmək haqqının bu gün saat 11-dən başlayaraq veriləcəyi bildirilib. Lakin işçilər bu saatı gözləmədən saat 8-də etiraz etməyə başlayıblar. Artıq əmək haqqları işçilərə söz verilən saatda verilib/Report

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

+ ŞİRKƏTLƏR

Facebook Səhifəmizi Bəyənin

GÜNÜN ƏN ÇOX OXUNANLARI

Yuxarı