Connect with us

Moneta.az

Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan gömrük depozitləri ləğv olunacaq

İDXAL-İXRAC

Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan gömrük depozitləri ləğv olunacaq

“Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan gömrük depozitlərinin aradan qaldırılması istiqamətində müzakirələr aparılır”.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb.

“Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq”, – deyə A. Əliyev bildirib.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalıdır/APA

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı