Bizimlə əlaqə saxlayın

Neft bu il 53% bahalaşıb

BİRJA

Neft bu il 53% bahalaşıb

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar artaraq 53,99 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar artaraq 57,11 dollar olub.

Sonuncu dəfə Brent markalı neftin qiyməti cari ilin dekabrın 12-də 57 dollar hədini keçə bilib.

Ötən gün ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikada qeyd edilib ki, ölkənin kommersiya neft ehtiyatları 614 min barrel artıb. Bu, cari ilin yanvar ayından etibarən ən aşağı artım səviyyəsidir. Beləliklə, bu amil neftin bahalaşmasına təkan verib.

Maraqlıdır ki, “Bloomberg” agentliyinin analitikləri ehtiyatların 1,5 mln. barrel azalacağını proqnozlaşdırıb.

Təbii ki, nefti bahalaşdıran əsas amil OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı əldə etdiyi razılaşmadır.

Yeri gəlmişkən, WTI markalı neftin qiyməti bu il ərzində isə 46% artıb.

“Brent” markalı neft isə bu il 53% bahalaşıb.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Davam edin

+ BİRJA

  • BİRJA

    Neftin qiyməti qalxır

    Moneta.az

    Neftin son qiymətlərində yenə artma müşahidə edilib. Brent markalı neftin barelinin qiyməti bu gün 0,40% artaraq...

  • BİRJA

    Azərbaycan neftinin qiyməti 57 dolları ötüb

    Moneta.az

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,29 dollar...

  • BİRJA

    Dolların bahalaşması nefti ucuzlaşdırır

    Moneta.az

    Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti...

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı