Connect with us

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOSİAL

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi dekabrın 31-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xət”lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İB bütün təbii qaz istehlakçılarından bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Yuxarı