Bizimlə əlaqə saxlayın

Kuba, Yəmən, Vyetman və Suriyada istilik və atom elektrik stansiyaları tikən şirkət Azərbaycanda özəlləşdirilməyə çıxarıldı

HƏRRAC

Kuba, Yəmən, Vyetman və Suriyada istilik və atom elektrik stansiyaları tikən şirkət Azərbaycanda özəlləşdirilməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi “Azərenerjitikintiquraşdırma” ASC-ni investisiya müsabiqəsinə çıxarıb.

Müəssisə 1939-cu ildə fəaliyyətə başlayıb, 1969-1991-ci illərdə “Azərenerjitikinti” tresti adı ilə fəaliyyət göstərib. 1993-cü ildə “Azərenerjitikintiquraşdırma” dövlət şirkəti yaradılıb və 1998-ci ildə həmin şirkətin bazasında “Azərenerjitikintiquraşdırma” ASC yaradılıb. Bu müəssisə respublikada energetika tikintisi sahəsində ixtisaslaşmış təşkilat olub. Son 30 ildə müəssisə tərəfindən 4 su elektrik stansiyası və 1 dövlət rayon elektrik stansiyası (DRES) tikilib. Müəssisə eyni zamanda bir çox keçmiş SSRİ respublikalarında DRES-in tikintisini həyata keçirib, Kuba, Yəmən, Vyetman, Suriya və digər ölkələrdə istilik və atom elektrik stansiyalarının tikintisində iştirak edib.

Hal-hazırda müəssisə fəaliyyət göstərmir.

Şirkətin nizamnamə kapitalı 1 mln. 446 min 200 manatdır. Buraxılmış səhmlərin sayı 723 100 ədəddir. Qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. Hazırda satılan səhm zərfinin həcmi 475 857 ədəd (65,81%) təşkil edir.

Müəssisənin kreditor borclarının həcmi 5 mln. 77 min 864 manatdır.

Müəssisə hal-hazırda fəaliyyət göstərmədiyi üçün bazarda xüsusi yerə malik deyildir. Lakin tam gücü ilə fəaliyyət göstərdiyi dövrdə onun 2000-ə yaxın işçisi olub və eyni zamanda müəssisə öz xidmətlərini keçmiş SSRİ respublikalarına da ixrac edib.

Davam edin

+ HƏRRAC

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı