Bizimlə əlaqə saxlayın

Azərbaycanla İran arasında bəzi problemlər həll olunub, bəziləri həllini gözləyir – Nazir

ƏMƏKDAŞLIQ

Azərbaycanla İran arasında bəzi problemlər həll olunub, bəziləri həllini gözləyir – Nazir

“Üç il bundan öncə Azərbaycan və İran arasında mövcud olan cüzi problemlər bu gün artıq öz həllini tapıb”.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı qonşu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

O, bu problemlərin həlli üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib: “Mən bu problemlərin həlli üçün Azərbaycan tərəfinə təşəkkür edirəm. Bu gün bu problemlərin cüzi hissəsi qalıb və düşünürəm ki, bu problemlər də tez bir zamanda həll olunacaq”.

Nazir qeyd edib ki, sözügedən problemlərdən biri də iki ölkənin bank sektorları arasındakı əməkdaşlıqla bağldır: “Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı tapşırığını verib. Tez bir zamanda iki ölkənin bank sektorunun nümayəndələri arasında görüş keçiriləcək. Hesab edirəm ki, bu problem də həllini tapacaq”.

Onun sözlərinə görə, həllini gözləyən problemlərdən biri də dövlət rüsumları sahəsinə aiddir.

Davam edin

+ ƏMƏKDAŞLIQ

Moneta.az saytında vakansiyanı necə yerləşdirə bilərəm?

Moneta.az saytında vakansiya yerləşdirmək üçün vakansiya haqqında məlumatları vacancy@moneta.az email ünvanına göndərə bilərsiniz

SON VAKANSİYALAR

Mühasib – Metak

Moneta.az 28 Fevral 2017

Hostess – Restoran

Moneta.az 26 Fevral 2017

Qabyuyan (xanım) – Restoran

Moneta.az 26 Fevral 2017

Help Desk – Altes Group

Moneta.az 23 Fevral 2017
Yuxarı