Bizimlə əlaqə saxlayın

Çin-ABŞ ticarət müharibəsinə start verilib

STRATEGİYA

Çin-ABŞ ticarət müharibəsinə start verilib

Dünyanın ən məşhur e-ticarət saytı olan “Alibaba.com” (Çin) saxta mal satdığına görə ABŞ-da “qara siyahı”ya daxil edilib.

Çin şitkətinin rəhbərliyi qəsdən saxta məhsul satışına göz yumması iddiasını rədd edib. “Alibaba”nın İdarə Heyətinin sədri Maykl Evans (Michael Evans) ABŞ-ın bu münasibətinə üzüldüyünü, onların saxta mallarla mübarizədə böyük əmək sərf etdiklərini bildirib. M.Evans ABŞ-ın bu qərarının son zamanlar onsuz da gərginləşən Çin-ABŞ münasibətlərini daha da pisləşdirəcəyini qeyd edib.

Xatırladaq ki, “Alibaba” bu ilin may ayında saxta mallar satdığı iddiası ilə Saxtaçılığa Qarşı Beynəlxalq Təşkilatının (IACC) üzvlüyündən çıxarılıb. İACC-nin üzvləri arasında “Guccive” və “Michael Kors” kimi məşhur 250-ə yaxın brend var. ABŞ-ın yeni prezidenti D.Tramp seçki kampaniyası zamanı Çini “əqli mülkiyyət” oğurluğunda ittiham edib.

2017-ci ildə ABŞ-Çin ticarət münasibətlərinin gərginləşəcəyi proqnozlaşdırılır. Bunun nəticəsində isə Çin iqtisadiyyatı xeyli zəifləyəcək, milli valyutası – yuan devalvasiya olacaq. Bu da öz növbəsində neft qiymətlərini kəskin azaldacaq və dünyada gedən valyuta müharibəsini daha da qızışdıracaq.

Report

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

1 şərh

1 şərh

  1. Taxtabiti

    28 Dekabr 2016 / 10:50

    Ireli Cin

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

+ STRATEGİYA

Facebook Səhifəmizi Bəyənin

GÜNÜN ƏN ÇOX OXUNANLARI

Yuxarı