Bizimlə əlaqə saxlayın

Ekoloji təmiz məhsul istehsal edən fermer təsərrüfatları yaradılacaq

KƏND TƏSƏRRÜFATI

Ekoloji təmiz məhsul istehsal edən fermer təsərrüfatları yaradılacaq

Azərbaycanda ekoloji təmiz məhsul istehsal edən fermer təsərrüfatlarının formalaşdırılması nəzərdə tutulur.

Bu, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarınınistehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib.

Sənəddə bildirilir ki, ekoloji təmiz kənd təsərrüfatı sahəsində ixtisaslaşmış fermer təsərrüfatlarının yaradılmasının dəstəklənməsi imkanları araşdırılacaq. Araşdırma nəticəsində tədbirin həyata keçirilməsi məqsədəuyğun hesab edilərsə, ilk növbədə kənd səviyyəsində ekoloji təmiz təsərrüfatçılığın fundamental bazisi hesab edilən üzvi gübrələrin sənaye üsulu ilə istehsalı və tətbiqi istiqamətində iş aparılacaq.

Bitkilərin ekoloji təmiz kənd təsərrüfatı üsulu ilə becərildiyi sahələrin genişləndirilməsi üçün həvəsləndirmə tədbirləri görüləcək. Ekoloji təmiz kənd təsərrüfatı istehsalının toxum və əkin materialları ilə təminatı gücləndiriləcək. Ekoloji təmiz kənd təsərrüfatı üzrə pilot təsərrüfatların yaradılması ilə bağlı layihələr həyata keçiriləcək.

Trend

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

+ KƏND TƏSƏRRÜFATI

Facebook Səhifəmizi Bəyənin

GÜNÜN ƏN ÇOX OXUNANLARI

Yuxarı