Oxşar

20 Dövlət Proqramı məzunu Təhsil Nazirliyində çalışır

21 Noyabr

"Bu günədək Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub".

"Moneta.az" xəbər verir ki, mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Dövlət Proqramının məzunlarının işlə təmin olunmasında addımlar atılır: "Həmin məzunların böyük əksəriyyəti işlə təmin edilib. Məzunlar dövlət qurumlarına qəbul zamanı imtahanın birinci test mərhələsindən azaddırlar".

C.Bayramov qeyd edib ki, hər il yeni məzun olan tələbələrlə bağlı məlumatlar barədə dövlət orqanlarına məlumat verilir: "Bir sıra hallarda dövlət orqanları özləri bizə bununla bağlı müraciət edilər. Əgər əmək haqqı ilə məqamlar onları qane etmirsə, onlara digər yerlərdə iş tapmaq çətin olmayacaq".

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az